Florida qubernatoru ABŞ prezidentliyi yarışından geri çəkildiyini açıqlayıb
Digər ölkələr
- 21 yanvar, 2024
- 21:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Florida ştatının qubernatoru, respublikaçı Ron Desantis bu ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkilərində iştirakdan imtina etdiyini açıqlayıb.
"Report" xəbər verir ki, siyasətçi bu barədə sosial şəbəkədə yayımladığı videomüraciətində bildirib.
“İstədiyim nəticəyə nail olmaq üçün edə biləcəyim bir şey olsaydı, mən bunu edərdim. Qələbəyə aparan aydın yol yoxdur. Bu gün mən seçki kampaniyamı dayandırdığımı elan edirəm”, - o açıqlayıb.
Desantis həmçinin bu vəzifəyə yenidən seçilmək üçün keçmiş ABŞ lideri Donald Trampa dəstəyini ifadə edib.
“Donald Trampla fikir ayrılıqlarımız olub. Tramp hazırkı prezident Co Baydendən üstündür, bu, göz qabağındadır. Mən ona dəstəyimi bildirirəm", - siyasətçi deyib.
Son xəbərlər
09:35
"DH Volley" komandası CEV Çelenc Kubokunda cavab oyununa çıxacaq
Futbol
09:29
Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
Energetika
09:24
Foto
Məleykə Abbaszadə V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Elm və təhsil
09:22
UEFA Konfrans Liqasında III turun oyunları keçiriləcək
Futbol
09:18
"Bitcoin" və "Ethereum"un qiymətləri artıb
Maliyyə
09:14
UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq
Futbol
09:12
Foto
ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir
İnfrastruktur
09:10
Yaponiyada mobil rabitənin işində genişmiqyaslı nasazlıq baş verib
İKT
09:10
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.11.2026)
Maliyyə