Finlandiya parlamenti ölkənin NATO-ya üzvlüyünü təsdiqləyib

Digər ölkələr
  • 01 mart, 2023
  • 12:13
Finlandiya parlamenti ölkənin NATO-ya üzvlüyünü təsdiqləyib

Finlandiya parlamenti ölkənin NATO-ya üzv olması ilə bağlı qanun layihəsini qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya hökumətindən bildirilib.

Qanunverici orqanın 184 deputatı qanun layihəsinin lehinə səs verib. 7 deputat isə ölkənin Alyansa üzvlüyünün əleyhinə çıxıb.

Qanunun qüvvəyə minməsi üçün Prezident Sauli Niinistö sənədi təsdiqləməlidir.

44 filmi