Finlandiya ABŞ ilə müdafiə sazişi üzrə danışıqları başa çatdırıb 

Digər ölkələr
  • 31 oktyabr, 2023
  • 21:37
Finlandiya ABŞ ilə müdafiə sazişi üzrə danışıqları başa çatdırıb 

Finlandiya Xarici İşlər Nazirliyi ABŞ ilə Defence Cooperation Agreement (DCA – Müdafiə Əməkdaşlığı Sazişi) üzrə danışıqların başa çatdığını elan edib.

“Report” bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Finlandiya və ABŞ arasında yeni Müdafiə Əməkdaşlığı Sazişi üzrə danışıqların sonuncu raundu oktyabrın 30-dan 31-dək Helsinkidə keçirilib”, – məlumatda qeyd olunub.

Daha əvvəl bildirilmişdi ki, Finlandiya hökuməti Amerika hərbçilərinə sənədlər təqdim etmədən ölkəyə daxil olmağa icazə verəcək. Materialda göstərilir ki, yaxın gələcəkdə Vaşinqton və Helsinki müdafiə sazişinin imzalandığını elan etməlidir. Razılaşmaya əsasən, ABŞ əsgərləri Finlandiya ərazisinə heç bir məhdudiyyət olmadan gəlib qala biləcəklər.

Beləliklə, hazırda ABŞ və Finlandiya nümayəndələri müvafiq sazişin bağlanması ilə bağlı danışıqlar aparırlar. Sazişin oktyabrın 31-də imzalanması gözlənilir. Eyni zamanda məqalə müəllifləri vurğulayıblar ki, Finlandiya hakimiyyəti sərhəddə Amerika qoşunlarını yerləşdirmək niyyətində deyil.

44 filmi