Filippinin Xolo adasında ölkənin Hərbi Hava Qüvvələrinə məxsus "S-130" təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 45 nəfərə çatıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qəzaya uğrayan “S-130”-un göyərtəsində olanlardan çoxu bu yaxınlarda bazada hərbi hazırlığı bitiriblər. Onlar terrorizmlə mübarizə üzrə operativ qrupun heyətində Xolo adasına ekstremistlərə və üsyançılara qarşı əməliyyata gedirmiş.
Filippinin xilasediciləri Xolo adasında ölkənin Hərbi Hava Qüvvələrinə məxsus "S-130" təyyarənin qəzaya uğradığı yerdə 29 hərbi qulluqçunun və 2 dinc sakinin meyitini aşkarlayıblar.
“Report” xəbər verir ki, bu barədə “Inquirer” nəşri bildirib.
Qeyd edilir ki, qəza zamanı daha 50 hərbçi və 4 mülki şəxs "S-130" təyyarəsinin düşdüyü yerdə müxtəlif xəsarətlər alıb.
"Biz əvvəlki kimi ümid edirik ki, qəzadan daha çox sağ qalmış adamı tapa biləcəyik”, - deyə birləşmiş operativ qrupunun komandanı, general-mayor Uilyam Qonsales deyib: “Bizim axtarış-xilasetmə əməliyyatımız hələ davam edir, 17 insan itkin düşmüş hesab edilir”.
Şahidlərin sözlərinə görə, bir neçə əsgər qəza zamanı təyyarədən tullanıb".
Qəzaya uğrayan “S-130”-un göyərtəsində olanlardan çoxu bu yaxınlarda bazada hərbi hazırlığı bitiriblər. Onlar terrorizmlə mübarizə üzrə operativ qrupun heyətində Xolo adasına ekstremistlərə və üsyançılara qarşı əməliyyata gedirmiş. Təyyarənin üç pilotu və beş ekipaj üzvü sağdır, amma kritik vəziyyətdədir.
Filippinin xilasediciləri ölkənin Hərbi Hava Qüvvələrinin Xolo adasında təyyarəsinin qəzaya uğradığı yerdə 29 nəfərin meyitini aşkarlayıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" hərbçilərə istinadən məlumat yayıb.
Qeyd edilir ki, daha 17 nəfər itkin düşmüş sayılır. Qəza zamanı yaralananların sayı 50 nəfəri ötüb.
Hadisə təyyarə Sulu əyalətinin Xolo adasına eniş edərkən baş verib.
Filippində hərbi təyyarə qəzaya uğrayıb.
"Report" "Agency France Presse"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Qüvvələri məlumat yayıb.
Məlumata görə, hadisə zamanı təyyarədə 85 nəfər olub. Ölkə ordusunun generalı Sirilito Sobehana bildirib ki, qəzaya uğrayan C-130 təyyarəsinin alovlanan qalıqları altından 40 nəfər xilas edilib. Onlar xəstəxanalara çatdırılıb. Qeyd edilir ki, hadisə təyyarə Sulu əyalətinin Xolo adasına eniş edərkən baş verib.
"Hadisə yerində xilasedicilər işləyir, biz onların həyatının xilas olunması üçün dua edirik", - general deyib.
Yerli mətbuat ordudakı mənbələrə istinadən qəza zamanı azı 17 nəfərin həlak olduğunu bildirib.