“Bütün haqlı mübarizəsində Azərbaycanın yanındayıq”.
Bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar “Report”un ABŞ bürosuna müsahibəsində deyib.
“Azərbaycan xalqının tarixi ərazilərinə qovuşması bu günü, sabahı üçün həddedici rol oynayırdı. Qarabağda Azərbaycan əsgəri tarixi torpaqlarını Ermənistanın işğalında azad etmək üçün 44 gün savaşanda biz Kiprdə Azərbaycan xalqı üçün dualar edirdik. Azərbaycanın öz tarixi torpaqlarını necə rəşadətlə və əzmlə geri aldığını bütün dünyaya göstərdi”, - Ersin Tatar deyib.
O, bildirib ki, bu qələbə həm də Şimali Kipr Türk Respublikasında qeyd edilib.
“Azərbaycanın zəfəri bizim zəfərimiz oldu və indi ölkəmizdə Azərbaycanın müstəqillik gününü öz müstəqilliyimiz kimi qeyd edirik.
Prezident Rəcəb Tayyib Ərdoğanın hər zaman söylədiyi gözəl bir söz var - dünya beşdən böyükdür. Əgər söz sahibi olan güclər ədaləti bərpa etmək istəmirlərsə, bunu özümüz etməliyik”, - Ersin Tatar vurğulayıb.
"Türkiyə lideri bildirib ki, Azərbaycan sülh və barış çağırışı etdiyi halda, Ermənistanın yenə də, təxribata əl ataraq sərhəddə hücum etməsi qəbuledilməzdir. Azərbaycan şəhid verdi. Bu mənfur hücumu qınadıq, Kipr xalqı Azərbaycanın yanında olduğunu nümayiş etdirdi. Ermənistan reallıqla barışıb, öz işğalçı siyasətinə son verməlidir”, - o qeyd edib.