Əşrəf Qəninin feysbuk səhifəsi haker hücumuna məruz qalıb

Əşrəf Qəninin feysbuk səhifəsi haker hücumuna məruz qalıb Əfqanıstanın devrilmiş Prezidenti Əşrəf Qəni beynəlxalq ictimaiyyəti “Taliban” hərəkatının qurduğu hökuməti tanımağa çağırıb.
Digər ölkələr
27 Sentyabr , 2021 13:18
Əşrəf Qəninin feysbuk səhifəsi haker hücumuna məruz qalıb
Əşrəf Qani

Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəni beynəlxalq ictimaiyyətə “Taliban” hökumətini tanımağa dair çağrış etmədiyini bildirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə tviter səhifəsində bildirib.

O, feysbuk səhifəsinin haker hücumuna məruz qaldığın yazıb: “Orada yerləşdirilən məlumatlar reallığa uyğun deyil”.

Xatırladaq ki, “Taliban” Əfqanıstanı ələ keçirəndən sonra Əşrəf Qəni ölkəni tərk edib.

12:57

Əfqanıstanın devrilmiş Prezidenti Əşrəf Qəni beynəlxalq ictimaiyyəti “Taliban” hərəkatının qurduğu yeni hökuməti tanımağa çağırıb.

“Report” xəbər verir ki, məlumatı “Khaama Press” agentliyi yayıb.

“Beynəlxalq ictimaiyyət Əfqanıstan xalqını özündən uzaqlaşdırmamalı, hazırkı hökumətlə qarşılıqlı əlaqədə qurmalıdır. Ona yardım edib, onları tanıyın”, - o deyib.

Son xəbərlər

Orphus sistemi