Əfqanıstanda koronavirusa yoluxanların sayı 6 mini keçdi

Digər ölkələr
  • 15 may, 2020
  • 09:02
Əfqanıstanda koronavirusa yoluxanların sayı 6 mini keçdi

Əfqanıstanda son sutka ərzində 414 nəfər yeni növ koronavirusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Məlumata görə, bununla da ölkədə təsdiqlənmiş COVID-19 hallarının sayı 6 053 olub.

Eyni zamanda, son sutka ərzində virusdan 17 nəfər ölüb, ümumi ölüm sayı isə 153-ə çatıb. 745 nəfər xəstəlikdən sağalıb.

44 - Tezliklə