Dövlət katibinin müavini: ABŞ administrasiyası TDT regionu ilə əməkdaşlığın gücləndirilməsinə əhəmiyyət verir

Digər ölkələr
  • 17 dekabr, 2025
  • 19:39
Dövlət katibinin müavini: ABŞ administrasiyası TDT regionu ilə əməkdaşlığın gücləndirilməsinə əhəmiyyət verir

Türk Dövlətləri Təşkilatının (TDT) Baş Katibi Kubanıçbek Ömüraliyev Vaşinqtonda ABŞ Dövlət Katibinin müavini Pol Kapur ilə görüşüb.

"Report" xəbər verir ki, Baş Katib TDT-nin nəticəyönlü regional təşkilata çevrilməsini, siyasi, təhlükəsizlik, iqtisadi və texnoloji sahələrdə əməkdaşlığın genişlənməsini, habelə regional sabitliyin və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafında Təşkilatın rolunu vurğulayıb.

ABŞ Dövlət Katibinin müavini Pol Kapur Prezident Donald Tramp administrasiyasının TDT regionu ilə əməkdaşlığın, xüsusilə investisiya və əlaqələndirmə sahələrində gücləndirilməsinə verdiyi əhəmiyyəti qeyd edərək Mərkəzi Asiya və Cənubi Qafqazın strateji önəminə diqqət çəkib.

Tərəflər görüş çərçivəsində TDT–ABŞ əməkdaşlığının daha da gücləndirilməsi məqsədilə çoxmodal nəqliyyat əlaqələri, iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə edərək mümkün istiqamətlər üzrə fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti