Deputat: “Fransa Şengen zonasını tərk etməlidir”

Deputat: “Fransa Şengen zonasını tərk etməlidir” “Fransa ölkədə yeni iğtişaşların qarşısını almaq üçün Şengen zonasını tərk etməlidir”.
Digər ölkələr
7 İyul , 2023 14:07
Deputat: “Fransa Şengen zonasını tərk etməlidir”

“Fransa ölkədə yeni iğtişaşların qarşısını almaq üçün Şengen zonasını tərk etməlidir”.

"Report" xəbər verir ki, bunu Fransa parlamentinin deputatı, “Qalx, Fransa” siyasi hərəkatının lideri Nikolya Düpon-Eqnan CNews.ru telekanalına müsahibəsində deyib.

“Biz bunu dayandırmalıyıq. Milli sərhədlərin yaradılmasını və Şengendən çıxmağı tələb edən yeganə şəxs mənəm", - o bildirib.

Hərəkat lideri Fransada mühacirət məsələsinin nəzarətsiz qaldığına da toxunub.

Onun sözlərinə görə, Fransadakı iğtişaşların əsas səbəbi miqrantlarla bağlı problemdir.

Qeyd edək ki, bundan əvvəl yayılan məlumatlarda Fransadakı iğtişaşların 2024-cü il Olimpiadasını poza biləcəyi vurğulanıb. Artıq ilk iğtişaşçılar həbs cəzası alıblar. Üç nəfərə dörd aya qədər həbs cəzası verilib, daha 30 etirazçı isə yaxın vaxtlarda məhkəməyə çıxarılacaq. Fransa mətbuatı prezident Emmanuel Makronun vəziyyətə nəzarəti sürətlə itirdiyini yazır.

Son xəbərlər

Orphus sistemi