ÇXR və ABŞ-nin narkotiklərlə mübarizə qrupu ilk yüksək səviyyəli görüşünü keçirib

ÇXR və ABŞ-nin narkotiklərlə mübarizə qrupu ilk yüksək səviyyəli görüşünü keçirib Çin-Amerikanın narkotiklərlə mübarizə üzrə İşçi Qrupu ABŞ-də yüksək vəzifəli şəxslər səviyyəsində ilk iclasını keçirib.
Digər ölkələr
2 Avqust , 2024 08:47
ÇXR və ABŞ-nin narkotiklərlə mübarizə qrupu ilk yüksək səviyyəli görüşünü keçirib

Çin-Amerikanın narkotiklərlə mübarizə üzrə İşçi Qrupu ABŞ-də yüksək vəzifəli şəxslər səviyyəsində ilk iclasını keçirib.

“Report” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Görüşdə Çin və ABŞ-nin müxtəlif orqanlarının nümayəndələri iştirak ediblər. Tərəflər nəzarət ediləcək maddələrin siyahısının razılaşdırılması, işlərin açıqlanması üzrə qarşılıqlı əlaqə, texniki xarakterli əlaqələr, şəbəkə məkanında narkotik reklamının aradan qaldırılması üzrə birgə səylər barədə fəaliyyətin nəticələrini müzakirə ediblər.

İclas iştirakçıları onları narahat edən məsələlər barədə fikir mübadiləsi aparıblar, əməkdaşlığın gələcək istiqamətini müəyyənləşdiriblər.

Səfər zamanı Çin nümayəndə heyəti Dövlət Departamenti və ABŞ Ədliyyə Nazirliyi də daxil olmaqla bir neçə qurumla məsləhətləşmələr aparıb. Bundan əlavə, San-Fransiskoda ABŞ-nin Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndələri ilə görüş planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi