ABŞ-nin Corciya ştatının Sapelo adasında yanalma körpüsünün bir hissəsinin çökməsi nəticəsində azı yeddi nəfər həlak olub.
“Report”
Bir çox insan xəstəxanalara aparılıb və ABŞ Sahil Mühafizəsi, Mak-İntoş Dairəsi Yanğınsöndürmə İdarəsi, Corciya Təbii Sərvətlər Departamenti və digər qurumların briqadaları suda axtarış aparırlar.
Consun sözlərinə görə, yanalma körpüsündəki keçid yolu çöküb və insanlar suya düşüb. Olay adada qaradərili kölələrin nəslindən gələn kiçik Qalla-Giçi icmasının bayramı üçün toplaşan izdihamın olduğu vaxt baş verib.
“Yeddi ölüm faktı təsdiqlənib”, – Cons açıqlayıb.
Onun qeyd edib ki, hazırda axtarışlar davam etdirilir.
Departamentin rəsmisi hadisə baş verərkən yanalma körpüsündə azı 20 nəfərin olduğunu diqqətə çatdırıb. Olayın hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil.
O əlavə edib ki, ölənlər arasında qurumun keşişi də var.