Çində baş verən güclü zəlzələ zamanı 46 nəfər ölüb, onlarla insan xəsarət alıb

Çində baş verən güclü zəlzələ zamanı 46 nəfər ölüb, onlarla insan xəsarət alıb Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində 6,8 bal gücündə zəlzələ olub.
Digər ölkələr
5 Sentyabr , 2022 22:06
Çində baş verən güclü zəlzələ zamanı  46 nəfər ölüb, onlarla insan xəsarət alıb

Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində baş vermiş 6,8 bal zəlzələ nəticəsində 46 nəfər həlak olub.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Çinin Mərkəzi Seysmoloji şəbəkəsinin məlumatına görə, 16 kilometr dərinlikdə qeydə alınan zəlzələ zamanı Qaytnszi rayonunda 29, Yaan şəhərində isə 17 insan ölümü qeydə alınıb.

Təbii hadisə zamanı daha 16 nəfər itkin düşüb, 50-dən çox insan xəsarət alıb, su, elektrik, nəqliyyat və telekommunikasiya infrastrukturu zədələnib, 

Çin Sədri Si Szinpin təbii fəlakətdən zərər çəkənləri xilas etmək üçün bütün qüvvələri səfərbər etməyə çağırıb. İnsanların həyatının xilas edilməsinin və itkinin azaldılmasının prioritet vəzifə olduğunu vurğulayan Si diqqətli olmağın vacibliyinə diqqət çəkib.

Si Szinpin zəlzələdən zərər çəkənlərin dərhal köçürülməsi və təhlükə zonasından çıxarılmasının lazım olduğunu deyib. O, ordu və polis qüvvələrinin yerli hökumətlərlə əməkdaşlıq çərçivəsində xilasetmə işlərinə dəstək vermələrini istəyib.

Zəlzələ bölgəsinə Ludin rayonundan 30 yanğınsöndürən və ətraf yaşayış məntəqələrindən 530 xilasedici cəlb edilib.

10:51

Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində 6,8 bal gücündə zəlzələ olub.

“Report” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, məlumatı Çinin Mərkəzi Seysmoloji şəbəkəsi yayıb.

Bildirilib ki, təbii hadisə əyalətin Qayntszı-Tibet muxtar dairəsinin Ludin qəsəbəsində baş verib. Zəlzələnin ocağı 16 km dərinlikdə yerləşib.

İtki və dağıntılar barədə məlumat hələ ki yayılmayıb.

Hadisə yerinə dövlət rəsmiləri yollanıb.

Son xəbərlər

Orphus sistemi