Çin, Yaponiya və Cənubi Koreyanın XİN başçıları üçtərəfli əməkdaşlığın inkişafını müzakirə edəcəklər

Çin, Yaponiya və Cənubi Koreyanın XİN başçıları üçtərəfli əməkdaşlığın inkişafını müzakirə edəcəklər Çinin xarici işlər naziri Van İ martın 22-də Tokioda keçiriləcək Çin, Yaponiya və Koreya Respublikası xarici işlər nazirlərinin 11-ci üçtərəfli görüşündə iştirak edəcək.
Digər ölkələr
18 mart 2025 13:47
Çin, Yaponiya və Cənubi Koreyanın XİN başçıları üçtərəfli əməkdaşlığın inkişafını müzakirə edəcəklər

Çinin xarici işlər naziri Van İ martın 22-də Tokioda keçiriləcək Çin, Yaponiya və Koreya Respublikası xarici işlər nazirlərinin 11-ci üçtərəfli görüşündə iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Çinin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Səfər çərçivəsində Van İ Yaponiyanın xarici işlər naziri Takesi İvaya ilə iki ölkə arasında iqtisadi dialoqa dair danışıqlar aparacaq.

Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin bəyanatında isə bildirilib ki, tərəflər üçtərəfli əməkdaşlığın gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparacaq, habelə regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.

Bundan başqa, Yaponiyanın bu ilin sonunda ev sahibliyi etməyi planlaşdırdığı növbəti liderlər sammitinin keçirilməsinin təmin edilməsi üçün səylərin əlaqələndirilməsi də müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi