Çin XİN: Pekin ABŞ ilə bərabərlik və qarşılıqlı hörmət əsasında dialoqa hazırdır

Çin XİN: Pekin ABŞ ilə bərabərlik və qarşılıqlı hörmət əsasında dialoqa hazırdır Pekin Vaşinqtonla bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında əməkdaşlığa hazırdır.
Digər ölkələr
26 mart 2025 10:42
Çin XİN: Pekin ABŞ ilə bərabərlik və qarşılıqlı hörmət əsasında dialoqa hazırdır

Pekin Vaşinqtonla bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında əməkdaşlığa hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ Pekində ABŞ-Çin münasibətləri üzrə Milli Komitənin Direktorlar Şurasının icraçı sədr müavini Evan Qrinberqlə görüşündə bildirib.

"Çin ABŞ ilə bərabərlik və qarşılıqlı hörmət əsasında dialoq və danışıqlar aparmağa hazırdır, məqsəd hər iki ölkənin əsaslı narahatlıqlarını aradan qaldırmaqdır", - o bildirib.

Nazir hesab edir ki, Çin-ABŞ münasibətləri inkişafın əhəmiyyətli mərhələsindədir. "Hər iki tərəf iki dövlətin liderlərinin mühüm konsensus və baxışlarını rəhbər tutmalı, mübadilələri gücləndirməli, qarşılıqlı anlaşmanı yaxşılaşdırmalı və fikir ayrılıqlarını aradan qaldırmalıdır", - o qeyd edib.

Van İ hesab edir ki, böyük maraqlara və əməkdaşlıq üçün geniş məkana malik olan Çin və ABŞ uğur qazana və dünyaya fayda verə bilər.

Son xəbərlər

Orphus sistemi