Çin ABŞ-nin ticarət müharibələrini davam etdirəcəyi təqdirdə onu təcrid edə bilər

Çin ABŞ-nin ticarət müharibələrini davam etdirəcəyi təqdirdə onu təcrid edə bilər Ticarət müharibələri bütün tərəflər üçün mənfi nəticələrə gətirib çıxarır.
Digər ölkələr
11 aprel 2025 14:03
Çin ABŞ-nin ticarət müharibələrini davam etdirəcəyi təqdirdə onu təcrid edə bilər

Ticarət müharibələri bütün tərəflər üçün mənfi nəticələrə gətirib çıxarır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu İspaniyada səfərdə olan Çin sədri Si Cinpin bildirib.

"Ticarət müharibələrində qalib olmur. Bütün dünya ilə qarşıdurma son nəticədə ABŞ-ın təcridinə gətirib çıxaracaq", - Çin lideri qeyd edib.

O vurğulayıb ki, Çin və Avropa İttifaqı iqtisadiyyatın qloballaşmasını və azad ticarəti qəti şəkildə dəstəkləyir.

S.Cinpin ABŞ-nin göstərdiyi birtərəfli təzyiqə qarşı müqavimət göstərmək üçün Çin və Aİ-nin birgə səylərini dəstəkləyib.

Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Tszyan isə cümə günü keçirdiyi brifinqdə qeyd edib ki, "Çin ticarət müharibələri istəməsə də, onlardan qətiyyən qorxmur".

"Əgər ABŞ məsələləri dialoq yolu ilə həll etmək istəyirsə, həddindən artıq təzyiqi və məsuliyyətsiz tədbirləri dayandırmalıdır. Belə taktikalar bizə təsir etmir", - o əlavə edib.

Pekin cümə günü ABŞ-dən daxil olan mallara rüsumların 125 %-ə qədər artırıldığını elan edib. Tədbir aprelin 12-dən qüvvəyə minəcək.

Daha əvvəl Ağ Ev bildirib ki, hazırda Çindən idxal olunan mallara ümumilikdə 145 % rüsum tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi