Cənubi Koreyada ölkənin cənub-qərbində baş verən təyyarə qəzasının nəticələrini müzakirə etmək üçün təcili müşavirə keçirilib.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd olunb ki, hadisə yerinə gedən prezident səlahiyyətlərini müvəqqəti icra edən Çxve San Mok müşavirənin keçirilməsi barədə məlumatlandırılıb.
Prezident Administrasiyasının rəhbəri Çon Çjin Suk yüksək vəzifəli məmurlarla birlikdə qəzanın səbəblərinin hərtərəfli araşdırılması və müvafiq nazirliklərin səylərinin əlaqələndirilməsi üçün addımları müzakirə edib.
Koreya Respublikası prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən, baş nazirin müavini, maliyyə naziri Çxve San Mok Colla-Namdo əyalətindəki Muan hava limanında təyyarə qəzası yerinə gəlib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinə istinadən “Newspim” agentliyi məlumat yayıb.
Koreya Respublikasının səlahiyyətliləri hesab edir ki, qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin göyərtəsində olan insanların çoxu (175 sərnişin və 6 ekipaj üzvü) xilas edilmiş 2 nəfər istisna olmaqla, həlak olub.