Cənubi Koreyada helikopter qəzaya uğrayıb
Digər ölkələr
- 26 mart, 2025
- 09:32
Cənubi Koreyada meşə yanğınlarının söndürülməsi zamanı “Sikorsky S-76” helikopteri qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, helikopterin göyərtəsində bir pilot olub, o həlak olub.
Yanğınlar nəticəsində ən azı 18 nəfər həlak olub. Koreya Respublikası prezidentinin səlahiyyətlərini icra edən baş nazir Han Dok Su ölkənin cənub-şərqindəki meşə yanğınlarını tarixdə ən dəhşətli yanğın adlandırıb.
Onun sözlərinə görə, təbii fəlakətlə mübarizəyə 128 helikopter, 1,1 mindən çox hərbçi, təxminən 3,1 min yanğınsöndürən və 4,6 min dövlət qulluqçusu cəlb edilib.
Son xəbərlər
02:06
"Axios": ABŞ Venesuela ilə irimiqyaslı neft sazişi bağlamağa yaxındır
Digər ölkələr01:48
Foto
Şimali Makedoniya-Serbiya qaz interkonnetorunun tikintisi üzrə müqavilə imzalanıb
Digər ölkələr01:13
Türkiyədə 41 qanunsuz miqrant saxlanılıb
Region00:56
Rezai: Hörmüzün blokadası ABŞ-İran toqquşmalarına səbəb ola bilər
Region00:20
Foto
Gürcüstanın Bağdati bələdiyyəsində güclü yağış bir sıra fəsadlar yaradıb
Region00:06
Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
Energetika23:51
Cevdet Yılmaz: "Terrorsuz Türkiyə" investisiya mühitinin qarşısındakı maneələri aradan qaldıracaq
Region23:44
Con van den Brom: "Qarabağ"ı çox yaxşı təhlil etmişdik"
Futbol23:30