Cənubi Koreyada 30 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada azı dörd nəfər ölüb
Digər ölkələr
- 10 yanvar, 2026
- 05:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Cənubi Koreyada sürət magistralında təxminən 30 avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində azı dörd nəfər həlak olub.
"Report" bu barədə yerli "YTN News" telekanalına istinadən xəbər verir.
İlkin məlumata görə, qəzaya yük avtomobili səbəb olub. Sürücü hələlik müəyyən edilməmiş səbəbdən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı maneəyə çırpılıb.
Bundan sonra həmin hissədə 30-a yaxın avtomobil toqquşub, hadisə nəticəsində dörd nəfər həyatını itirib. Ölənlərin sayının artacağı istisna edilmir.
Yol-nəqliyyat hadisəsi səbəbindən magistralda uzun tıxac yaranıb.
Hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları işləyir, baş vermiş hadisənin təfərrüatları araşdırılır.
Son xəbərlər
12:01
Xalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri verib
İncəsənət
12:00
Məhkəmə: Kredit borcunun mövcudluğu zaminin əmlakına avtomatik qadağa qoyulmasına əsas vermir
Daxili siyasət
12:00
Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb
Maliyyə
12:00
Qazaxıstanın mikromaliyyə sektorunda portfelin həcmi açıqlanıb
Maliyyə
11:57
Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb
Maliyyə
11:54
Azərbaycandakı BOKT-larda risklərin idarə edilməsi sistemi qurulacaq
Maliyyə
11:54
Azərbaycanda ictimai nəqliyyatın şarjında "yaşıl enerji"dən istifadə edilə bilər
Energetika
11:51
Azərbaycanın daxili dövlət borcu 5 %-ə yaxın azalıb
Maliyyə
11:48
Foto
Xüsusi Rabitə Sistemləri Laboratoriyası istifadəyə verilib
İKT