Cənubi Koreya prezidenti Yun Sok Yol Kiyevə qəfil səfər edib.
“Report” “Yonhap” xəbər agentliyinə istinadən xəbər verir ki, Prezident artıq Buça və İrpendə olub. Bundan əvvəl prezident Litvada, daha sonra isə Polşada NATO-nun sammitində olub.
Qeyd edək ki, iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə NATO-nun sammiti keçirilib. Ukrayna xarici işlər naziri Dmitro Kuleba bildirib ki, "əslində Vilnüsdə keçirilən NATO sammitində Ukraynanın Alyansa üzvlük məsələsi həll olundu”.
Onun sözlərinə görə, sammitdə rəsmi Kiyevin NATO-ya rəsmi şəkildə dəvət olunmaması başadüşüləndir: “Sadəcə olaraq tərəfdaşlarımız sürətin çox olacağından qorxurlar. Bildiyiniz kimi, avtomobili sürətlə idarə edəndə qəza törədə bilərsən”.D. Kulebanın sözlərinə görə, Ukraynanın sammitdə iştirakı ilə psixoloji baryeri dəf etdi: “Aydındır ki, biz NATO-nun üzvü olacağıq. Tərəfdaşlarımız da bu fikirdədirlər”.