Cənubi Afrikada hər gün orta hesabla 75 qətl hadisəsi baş verir
Digər ölkələr
- 07 oktyabr, 2024
- 19:12
Cənubi Afrika Respublikasını cənubunda yerli könüllü dəstəsinin üzvü olan 6 nəfər öldürülüb.
“Report” xəbər verir ki, bu barədə Şərqi Keyp əyalətinin polis sözçüsü Majola Nkohli məlumat verib.
Belə ki, oktyabrın 7-nə keçən gecə tüfəng və tapança ilə silahlanmış səkkiz nəfərdən ibarət qrup Qodini kəndindəki orta məktəb binasının içərisində olan patrul dəstəsinə hücum edib.
Hücumda altı könüllü öldürülüb, daha dörd nəfər yaralanıb. Polis cinayəti törətməkdə şübhəli bilinən şəxslərin kimliyini müəyyən edib.
İlkin məlumata görə, hücum edənlər mal-qara oğurluğu ilə məşğul olan dəstənin üzvləri ola bilərlər.
“Yerli Demokratik Alyans” partiyasının məlumatına görə, 2024-cü ildə ölkədə hər gün orta hesabla 75 qətl hadisəsi baş verir.
Son xəbərlər
13:00
Rafael Hüseynov: İşğal dövründə dağıdılmış irsi bərpa etməklə yanaşı, indi onu dünyaya da tanıtmalıyıq
Mədəniyyət siyasəti12:54
Norveç WUF13-də yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunacaq
Xarici siyasət12:52
Foto
Azərbaycan Prezidenti Norveçin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Xarici siyasət12:51
İlham Əliyev İndoneziya Prezidentini Azərbaycana səfərə dəvət edib
Xarici siyasət12:48
Foto
Prezident İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Xarici siyasət12:47
Zelenski: Qrenlandiya ilə bağlı vəziyyət bizdən ərazilərin alınması üçün istifadə edilə bilər
Digər ölkələr12:46
Azərbaycanda qeyri-həyat sığortası bazarı 5 %-dən çox böyüyüb
Maliyyə12:46
Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 % artıb
Maliyyə12:45