Castin Trüdodan etiraf: “Kanadada islamofobiya və antisemitizm artmaqdadır”

Castin Trüdodan etiraf: “Kanadada islamofobiya və antisemitizm artmaqdadır” “Yaxın Şərqdə davam edən münaqişə fonunda Kanadada antisemitizm və islamafobiya halları artmaqdadır”.
Digər ölkələr
29 Noyabr , 2023 04:19
Castin Trüdodan etiraf: “Kanadada islamofobiya və antisemitizm artmaqdadır”
Castin Trüdo

“Yaxın Şərqdə davam edən münaqişə fonunda Kanadada antisemitizm və islamafobiya halları artmaqdadır”.

“Report” xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo bəyan edib.

O, Monrealda yəhudi mərkəzinə edilən son hücumu pisləyib:

“Kanadada islamofobiya və antisemitizm artmaqdadır. Daha çox nifrət var və bu qəbuledilməzdir. Biz istənilən zorakılığı pisləyirik”.

Bazar ertəsi Monreal polisi yerli yəhudi mərkəzlərindən birinə hücumla bağlı araşdırmaya başlayıb – naməlum şəxs binaya “Molotov kokteyli” atıb. Ölən və yaralananlar olmayıb.

Noyabrın əvvəlində naməlum şəxslər Monrealda iki yəhudi məktəbinə bir neçə dəfə atəş açıblar. O zaman da heç kim zərər görməmişdi. Polis bu hadisələrin Fələstin-İsrail münaqişəsinin gərginləşməsi ilə bağlı olduğunu düşünür. Baş nazir Trüdo daha sonra yəhudi məktəblərinin atəşə tutulmasını nifrət cinayəti adlandırıb və kanadalıları Yaxın Şərqdəki vəziyyəti nəzərə alaraq təmkinli olmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi