Budapeşt Aİ-dən subsidiya almaq hüququnu itirib

Budapeşt Aİ-dən subsidiya almaq hüququnu itirib Avropa İttifaqı (Aİ) Macarıstanın 1,04 milyard avro məbləğində subsidiya almaq hüququnu rədd edib.
Digər ölkələr
2 Yanvar , 2025 04:56
Budapeşt Aİ-dən subsidiya almaq hüququnu itirib

Avropa İttifaqı (Aİ) Macarıstanın 1,04 milyard avro məbləğində subsidiya almaq hüququnu rədd edib.

“Report” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bildirilib ki, Budapeşt Avropa Komissiyasının Macarıstan iqtidarının demokratik standartlara məhəl qoymadığı qənaətinə gəlməsindən sonra puldan məhrum olub. Dondurulmuş vəsaiti almaq üçün Macarıstan 2024-cü ilin sonunadək korrupsiyaya qarşı mübarizə, siyasi partiyaların maliyyələşdirilməsi və media müstəqilliyi ilə bağlı hüquqi islahatlar həyata keçirməli idi.

Subsidiya Budapeştə Avropa İttifaqının struktur cəhətdən zəif regionların dəstəklənməsi proqramları çərçivəsində nəzərdə tutulmuşdu.

2022-ci ildə Avropa İttifaqı, Brüsselin fikrincə, “Macarıstanda dövlət satınalmaları, prokurorların fəaliyyətinin səmərəliliyi və korrupsiyaya qarşı mübarizəyə” təsir edən qanunun aliliyinin ehtimal olunan pozuntuları səbəbindən ödənişləri bloklamaq üçün Macarıstana qarşı xüsusi şərtlilik mexanizmi tətbiq edib. Budapeşt vəsaitlərin bir hissəsinin azad edilməsinə imkan verən islahatlara başlayıb, lakin təxminən 19 milyard avro hələ də dondurulmuş vəziyyətdə qalır.

Son xəbərlər

Orphus sistemi