Türkiyədə İsveçin NATO-ya üzvlüyü ilə bağlı dördtərəfli görüş keçirilib - YENİLƏNİB

Türkiyədə İsveçin NATO-ya üzvlüyü ilə bağlı dördtərəfli görüş keçirilib - YENİLƏNİB Bu gün Türkiyədə İsveç, Finlandiya və NATO nümayəndə heyətlərinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək.
Digər ölkələr
14 İyun , 2023 15:14
Türkiyədə İsveçin NATO-ya üzvlüyü ilə bağlı dördtərəfli görüş keçirilib - YENİLƏNİB

İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin paytaxtı Ankarada keçirilən dördtərəfli görüş başa çatıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Toplantıda İsveçin Alyansa üzvlüyü ilə bağlı fikir mübadiləsi aparılıb.

Detallar hələ ki, açıqlanmayıb.

11.00

Bu gün Türkiyədə İsveç, Finlandiya və NATO nümayəndə heyətlərinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat xidmətindən bildirilib.

Müzakirələrdə Türkiyəni Prezidentin baş müşaviri Akif Çağatay Kılıç təmsil edəcək.

Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət edərək, Ukraynadakı hadisələrin onları bu addımı atmağa sövq etdiyini bildirib.

Finlandiya bu ilin aprelində Alyansa rəsmi üzv olub.

Türkiyə İsveçin üzvlüyünü hələ ki, təsdiqləməyib.

Son xəbərlər

Orphus sistemi