BMT bu ay baş katibini seçəcək

BMT bu ay baş katibini seçəcək BMT-yə baş katib seçkiləri planlaşdırıldığı kimi bu keçiriləcək.
Digər ölkələr
137
2 İyun , 2021 00:53
BMT bu ay baş katibini seçəcək

BMT-yə baş katib seçkiləri planlaşdırıldığı kimi bu ay keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Estoniyanın BMT yanında daimi nümayəndəsi Sven Yurqenson bildirib.

O, qeyd edib ki, hazırda təşkilatın rəhbəri vəzifəsinə bir namizəd var.

Sven Yurqensonun sözlərinə görə, iyunda BMT üçün çox əhəmiyyətli hadisə olacaq – bu, yeni baş katibin seçkisidir. "Bu, bizim (Estoniyanın-red) sədrliyimiz zamanı olacaq", - Yurqenson vurğulayıb. Lakin seçkilərin dəqiq tarixi hələ müəyyənləşməyib.

Estoniyanın daimi nümayəndəsi təsdiqləyib ki, Quterriş hazırda baş katib vəzifəsinə yeganə namizəddir. "Gələn dəfə, mümkündür ki, daha çox namizəd olsun", - Yurqenson güman edir.

Quterriş yanvarın əvvəllərində BMT Baş Assambleyasına və Təhlükəsizlik Şurasına məktubunda bildirib ki, təşkilatın baş katibi kimi namizədliyini ikinci müddətə irəli sürür. Onun birinci sədrliyinin müddəti 2021-ci ilin sonunda başa çatır.

Son xəbərlər

Orphus sistemi