Britaniya 2025-ci ildə Ukraynaya 4,5 milyard funt sterlinq hərbi yardım ayıracaq - YENİLƏNİB

Britaniya 2025-ci ildə Ukraynaya 4,5 milyard funt sterlinq hərbi yardım ayıracaq - YENİLƏNİB Böyük Britaniya Ukraynaya 350 milyon funt sterlinq məbləğində yardım paketi ayırıb.
Digər ölkələr
11 aprel 2025 17:46
Britaniya 2025-ci ildə Ukraynaya 4,5 milyard funt sterlinq hərbi yardım ayıracaq - YENİLƏNİB

Böyük Britaniya 2025-ci ildə Ukraynaya 4,5 milyard funt sterlinq (5,8 milyard dollar) məbləğində hərbi yardım verməyi planlaşdırır.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Con Hili Brüsseldə NATO-nun qərargahında Ukrayna Müdafiəsi üzrə Əlaqə Qrupunun 27-ci iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

"Biz bu il Ukraynaya hərbi dəstək üçün 4,5 milyard funt sterlinq ayıracağıq - bu, indiyə qədər olan ən yüksək səviyyədir", - o qeyd edib.

Həmçinin C.Hili qeyd edib ki, Ukraynanın müttəfiqləri 2025-ci ildə Ukraynaya 21 milyard avro (23,8 milyard dollar) məbləğində hərbi yardım göstərmək öhdəliyi götürüblər.

13:36

Böyük Britaniya Ukraynaya 350 milyon funt sterlinq məbləğində yardım paketi ayırıb.

"Report"un "Sky News"a istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili Brüsseldə NATO-nun qərargahında Ukrayna üzrə təmas qrupunun müdafiə nazirlərinin görüşündə bildirib.

"Bu gün cəbhə xəttindəki ukraynalılara 350 milyon funt sterlinq yardım ayırdığımızı elan edə bilərəm. Bu yardım paketi radar sistemləri, tank əleyhinə minalar və yüz minlərlə dron daxildir", - o qeyd edib.

Onun sözlərinə görə, bu, Britaniya-Ukrayna sənaye əlaqələrini gücləndirəcək, həmçinin Kiyevi daha çox silahla təmin edəcək.

Orphus sistemi