Britaniya Silahlı Qüvvələri Baş Qərargahının yeni rəhbəri, general Patrik Sanders ölkəni Avropada müharibəyə hazırlamağa və Rusiyanı məğlub etməyə qadir ordu yaratmağa çağırıb.
Bu barədə “Report” “The Independent” qəzetinə istinadən məlumat verir.
“İndi müttəfiqlərimizlə birlikdə savaşa biləcək və döyüşdə Rusiyaya qalib gələ biləcək bir ordu yaratmaq mütləqdir”, - Patrik Sanders tabeliyindəkilərə bildirib.
Sandersin fikrincə, Rusiyanın Ukraynaya təcavüzü Britaniya ordusunun əsas məqsədini - “quruda döyüşməyə və müharibələrə qalib gəlməyə hazır olmaqla Böyük Britaniyanı qorumaq” məqsədini önə çəkir.
“Biz ordunu yenidən Avropada müharibəyə hazırlamalı olan nəsilik”, - o əlavə edib.
Sanders xatırladıb ki, o, 1941-ci ildən Avropada qitənin iştirak etdiyi müharibə fonunda orduya komandanlıq edən ilk baş qərargah rəisidir.
Qeyd edək ki, yerli mətbuat 2021-ci ildə London hökuməti nizami ordunu 2025-ci ilə qədər 82 000 nəfərdən 72 500-ə endirəcək ixtisar planlarını dərc edib. Həmin vaxt Böyük Britaniyanın nizami ordusunun şəxsi heyəti 76,5 min nəfərə yaxın idi.