Braziliya həbsxanasında baş verən qarşıdurmada 25 məhbus həlak olub

Braziliya həbsxanasında baş verən qarşıdurmada 25 məhbus həlak olub Polisin məlumatına görə, yeddi nəfərin başın kəsiblər, altı nəfəri isə diri-diri yandırıblar
Digər ölkələr
17 Oktyabr , 2016 09:32
Braziliya həbsxanasında baş verən qarşıdurmada 25 məhbus həlak olub

Bakı. 17 oktyabr. REPORT.AZ/ Braziliyanın şimalında yerləşən həbsxanada iki qruplaşma arasında baş verən qarşıdurmada azı 25 məhbus həlak olub.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib.

Polisin məlumatına görə, yeddi nəfərin başın kəsiblər, altı nəfəri isə diri-diri yandırıblar.

İnsident dünən Rorayma ştatındakı Boa Vista şəhərində baş verib. Məhkumların bir qrupu həbsxananın digər bölməsinə girməyə imkan tapıb və qarşıdurma başlayıb.

Üsyan zamanı məhbuslar ziyarət saatlarında həbsxanaya gələn 100 nəfərdən çox adamı girov götürüb. Sonradan bütün girovlar azad edilib.

Şahidlərin sözlərinə görə, qiyam qaldıran məhkumlar bıçaq və taxta dəyənəklərlə silahlanmış olublar.

Qeyd edək ki, 740 məhbus üçün nəzərdə tutulan həbsxanada təxminən 1400 nəfər yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi