BMT: 5 gün ərzində Mosulu 13 min insan tərk edib
Digər ölkələr
- 04 yanvar, 2017
- 06:40
Bakı. 4 yanvar. REPORT.AZ/ İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatların keçirildiyi İraqın Mosul şəhərindən son 5 gün ərzində 13 min nəfər ayrılıb.
"Report" xəbər verir ki, bu barədə BMT-nin mətbuat katibi Stafan Dyujarrik məlumat verib.
"Gündəlik şəhəri tərk edən insanların axını 50% artaraq 1600-dən 2300 nəfərə çatıb. Döyüşlərlə əlaqədar Mosul və onun ətraf ərazilərindən ümumilikdə 130 min nəfər qaçıb", - S.Dyujarrik bildirib.
O əlavə edib ki, qaçqın axını dekabrın 29-da hərbi əməliyyatların ikinci mərhələsinin başlamasından sonra artıb.
Qeyd edək ki, dekabrın sonlarında İraq hakimiyyəti İraqda İŞİD qruplaşmasına qarşı aparılan əməliyyat zonasını iki ay ərzində 140 min nəfərin tərk etdiyini açıqlayıb.
Son xəbərlər
23:52
Foto
DÇ-2026: İspaniya Fransa ilə oyunda fasiləyə üstüb yollanıb - YENİLƏNİR-2
Futbol23:43
Didye Deşam dünya çempionatlarında ən çox oyun keçirən baş məşqçi olub
Futbol23:40
Monteneqro Aİ-yə üzvlük prosesinin yarıdan çoxunu tamamlayıb
Digər ölkələr23:35
Türkiyə husilərin Səudiyyə Ərəbistanına raket hücumunu pisləyib
Region23:30
İranın Əhvaz şəhərində partlayış səsləri eşidilib
Region23:26
Mbappe Fransa millisinin heyətində rekorda imza atıb
Futbol23:25
Axios: Tramp Netanyahuya İsrail qoşunlarını Suriya və Livandan çıxarmağı tələb edib
Digər ölkələr23:19
Foto
Video
"Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-4
Futbol23:13