İsrailin Baş naziri Benyamin Netanyahu İsrail-Fələstin münaqişəsinin başlamasından sonra ABŞ dövlət katibi Antoni Blinkenlə ikinci görüşünü keçirib.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, siyasətçilərin ilk görüşü oktyabrın 7-də baş tutub.
Bundan əvvəl A.Blinken deyib ki, Birləşmiş Ştatlar İsraili və onun müdafiə hüququnu dəstəkləyir.
Qeyd edək ki, Fələstinin HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb. Bildirilib ki, 3 000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb.