Blinken ölkələr arasında artan gərginlik fonunda İsrailə səfər edəcək
Digər ölkələr
- 27 aprel, 2024
- 00:13
ABŞ dövlət katibi Antoni Blinken gələn həftə iki ölkə arasında Qəzza zolağında mülki əhalinin problemi ilə bağlı gərginliyin artması fonunda İsrailə səfər edəcək.
"Report"un məlumatına görə, bu barədə "The New York Times" İsrail rəsmisinə istinadən xəbər yayıb.
Blinken, həmçinin Fələstin anklavında atəşkəsin əldə edilməsinə yönəlmiş danışıqların gedişatını müzakirə edəcək. Eləcə də İsrailin Rəfahda planlaşdırdığı hərbi əməliyyat diqqət mərkəzində olacaq.
“The New York Times” qeyd edib ki, Qəzzada vəziyyət son həftələr daha da pisləşib, fələstinlilər başqa problemlə - həddindən artıq istilərlə üzləşiblər. İstilik, təmiz suyun olmaması ilə birlikdə "bir çox Qəzzalılar üçün həyatı acınacaqlı edib və xəstəliyin yayılması riskini artırıb".
Son xəbərlər
12:27
Sabah Bakı və Abşerona arabir yağış, rayonlara isə qar yağacaq
Ekologiya12:23
Hesablama Palatası Dövlət Neft Fondunun 2026-cı il büdcəsi üzrə rəyi təsdiqləyib
Maliyyə12:21
"Azercell" növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yeniləyib
İKT12:21
KİV: Hindistanda yəhudilərə qarşı terror aktlarına hazırlıq gedir
Digər ölkələr12:18
Vəfa Yaqublu: Məktəblərdə dinin tədrisi dövlət təhsil standartları çərçivəsində gündəmə gətirilə bilər
Elm və təhsil12:17
Ermənistan Müdafiə Nazirliyi: Azərbaycanla sərhəddə vəziyyət sakitdir
Region12:12
Aİ Ukraynaya real hərbi zəmanətlər verilməsini tələb edib
Digər ölkələr12:08
Azərbaycanın turizm xidmətləri balansında 9 ayda 320 milyon dollar profisit olub
Maliyyə12:06