Bir sıra ölkələrin aviaşirkətləri İsrailə reysləri ləğv edib

Bir sıra ölkələrin aviaşirkətləri İsrailə reysləri ləğv edib Bir sıra ölkələrin aviaşirkətləri İsrailə reysləri ləğv edib.
Digər ölkələr
27 Mart , 2023 17:19
Bir sıra ölkələrin aviaşirkətləri İsrailə reysləri ləğv edib

Bir sıra ölkələrin aviaşirkətləri İsrailə reysləri ləğv edib.

“Report” Ynet portalına istinadən xəbər verir ki, İsraildəki daxili xaosla bağlı olaraq ölkənin əsas hava limanı olan Ben Qurion hava limanının işi iflic olub.

İsrailə uçuşlarının bir hissəsini ləğv edən aviaşirkətlər arasında məşhur “Air Canada”, “Turkish Airlines”, “Finnair”, “Wizz Air”, “Etihad” və “Emirates” də var.

Qeyd edək ki, 2022-ci il dekabrın 22-də İsrailin “Likud” Partiyasının sədri Benyamin Netanyahu yeni koalision hökumət formalaşdırıb.

Bu ilin yanvar ayında Baş nazir Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını və icra hakimiyyəti orqanına hakimlərin seçki prosesinə nəzarət hüququ verilməsini nəzərdə tutan qanun layihəsi təqdim edib.

B.Netanyahu israr edirdi ki, bu islahat hakimiyyətin bütün qollarının səlahiyyətlərini balanslaşdıracaq və ölkənin siyasi sistemini daha demokratik edəcək.

Qanun layihəsi cəmiyyətin müxtəlif təbəqələrinin, o cümlədən müxalifətin narazılığına səbəb olub və buna etiraz olaraq aksiyalar başlayıb.

Hökumətin əleyhdarlarının fikrincə, Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını və icra hakimiyyətinə hakimlərin seçki prosesinə nəzarətin verilməsini nəzərdə tutan islahat İsrail dövlətçiliyinin demokratik əsaslarını sarsıdacaq.

İsrailin müdafiə naziri Yoav Qalant martın 25-də etirazçıları dəstəkləyib.

O, hakim koalisiyanın irəli sürdüyü və müxalifətin kütləvi etirazına səbəb olan məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olduğunu açıq şəkildə bəyan edib.

Martın 26-da B.Netanyahu onu istefaya göndərib. Bu qərarın elan olunmasından sonra İsraildə etirazlar daha da artıb, insanlar küçələrə çıxıblar.

Martın 27-də B.Netanyahu məhkəmə islahatlarının dayandırılacağını açıqlayıb. Baş nazir bunu Nazirlər Kabinetinə daxil olan partiyaların parlament fraksiyalarının rəhbərləri ilə görüşdən sonra bildirib.

Hökumət başçısının rəsmi açıqlaması Bakı vaxtı ilə saat 11:00-a planlaşdırılsa da, hələ də baş tutmayıb.

Son məlumata görə, nümayişçilər İsrail parlamentinin binasına daxil olublar.

Son xəbərlər

Orphus sistemi