Bəhreynin "Gulf Air" şirkəti Ər-Riyada uçuşları dayandırıb

Digər ölkələr
  • 12 oktyabr, 2026
  • 21:25
Bəhreynin Gulf Air şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin "Gulf Air" aviaşirkəti bazar ertəsi husilərin hava limanına endirdiyi zərbələrlə əlaqədar Səudiyyənin Ər-Riyad şəhərinə uçuşların ləğv edildiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

"Gulf Air" sərnişinlərə bildirmək istəyir ki, oktyabrın 12-dən 17-dək Ər-Riyada və oradan geriyə uçuşlar ləğv edilir", - şirkətin saytındakı məlumatda bildirilib.

Daha əvvəl Qərb mediası bir sıra iri aviaşirkətlərin - "Lufthansa Group", "Air India", "IndiGo" və "Air France" şirkətlərinin Səudiyyə Ərəbistanının paytaxtına uçuşların dayandırıldığını elan etdikləri barədə xəbər vermişdi.

Bazar ertəsi Səudiyyə Ərəbistanının Mülki Aviasiya İdarəsi həmin hava limanının fəaliyyətinin dayandırılması müddətini uzadıb.