Bayden və Putinin müzakirə edəcəyi mövzular məlum olub

Bayden və Putinin müzakirə edəcəyi mövzular məlum olub ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə videozəng formatında baş tutacaq söhbəti zamanı Ukrayna ilə yanaşı, kibertəhlükəsizlik və ikitərəfli münasibətlərlə bağlı məsələlərə də toxunmaq niyyətindədir.
Digər ölkələr
6 Dekabr , 2021 23:25
Bayden və Putinin müzakirə edəcəyi mövzular məlum olub
0 : 00
0 : 00

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə videozəng formatında baş tutacaq söhbəti zamanı Ukrayna ilə yanaşı, kibertəhlükəsizlik və ikitərəfli münasibətlərlə bağlı məsələlərə də toxunmaq niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi növbəti brifinqdə bildirib.

“Bu, prezident üçün Rusiyanın Ukrayna ilə sərhəddə hərbi fəaliyyəti ilə bağlı narahatlığımızı vurğulamaq və ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləmək üçün bir fürsət olacaq. Bu, həmçinin strateji sabitlik, kiber və regional məsələlər də daxil olmaqla, ABŞ-Rusiya münasibətləri ilə bağlı bir sıra məsələləri müzakirə etmək imkanıdır”, - o bildirib.

Psaki həmçinin əmin edib ki, Amerikanın hazırkı administrasiyası “münasibətləri gərginləşdirməyə yox, onları daha sabit əsasa gətirməyə” çalışır: “Bayden və Putin arasında gözlənilən söhbət ABŞ üçün Rusiyaya təhdidlər təqdim etmək üçün bir fürsət kimi qəbul edilməməlidir”.

Son xəbərlər

Orphus sistemi