Bayden İsrailə səfərinin əsas məqsədlərini açıqlayıb

Bayden İsrailə səfərinin əsas məqsədlərini açıqlayıb ABŞ Prezidenti Cozef Bayden İsrailə səfərinin əsas məqsədlərini açıqlayıb.
Digər ölkələr
17 Oktyabr , 2023 08:49
Bayden İsrailə səfərinin əsas məqsədlərini açıqlayıb

ABŞ Prezidenti Cozef Bayden İsrailə səfərinin əsas məqsədlərini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Çərşənbə günü mən HƏMAS-ın amansız terror hücumu qarşısında həmrəy olmaq üçün İsrailə gedəcəyəm. Daha sonra kəskin humanitar ehtiyacları həll etmək, liderlərlə görüşmək və HƏMAS-ın fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu müdafiə etmədiyini aydınlaşdırmaq üçün İordaniyaya gedəcəyəm”, - Bayden qeyd edib.

Daha əvvəl ABŞ dövlət katibi Antoni Blinken “X” sosial şəbəkəsindəki hesabında bildirib ki, Bayden oktyabrın 18-də İsrailə səfər edəcək.

Birləşmiş Ştatlar liderinin İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşü gözlənilir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

C.Baydendən əvvəl ABŞ-nin dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin də İsrailə səfər edib.

Son xəbərlər

Orphus sistemi