“İsveç və Finlandiya üzvlük üçün NATO-ya müraciət etmək qərarına gəlsələr, bu, tarixi an olar”.
“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Onların üzvlüyü bizim ümumi təhlükəsizliyimizə töhfə verəcək. Həmçinin bu, NATO-nun qapısının hər kəsə açıq olduğunu və hərbi təcavüzün kimsəyə fayda vermədiyini bir daha göstərəcək”, - o söyləyib.