Banqkokda binanın uçması nəticəsində üç nəfər həlak olub, 90 nəfər itkin düşüb - YENİLƏNİB-3 - VİDEO

Banqkokda binanın uçması nəticəsində üç nəfər həlak olub, 90 nəfər itkin düşüb - YENİLƏNİB-3 - VİDEO Banqkokda zəlzələ ilə əlaqədar çoxmərtəbəli binaların sakinlərinin təxliyəsinə başlanılıb.
Digər ölkələr
28 mart 2025 15:17
Banqkokda binanın uçması nəticəsində üç nəfər həlak olub, 90 nəfər itkin düşüb - YENİLƏNİB-3 - VİDEO

Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı üç nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Banqkok qubernatoru Çadçart Sittipunta istinadən bildirib.

"Banqkok qubernatoru qonşu Myanmada baş verən güclü zəlzələ nəticəsində dağıntılar səbəbindən Tailandın paytaxtında üç nəfərin öldüyünü təsdiqləyib", - məlumatda qeyd olunub.

Sittiphan əhaliyə mümkün afterşoklarla bağlı xəbərdarlıq edib və ümumilikdə vəziyyətin nəzarət altında olduğunu bildirib.

KİV-in məlumatına görə, Banqkokda göydələnin uçması nəticəsində 90 nəfər itkin düşmüş hesab olunur.

Eyni zamanda xilasedicilər uçmuş binanın dağıntıları altında qalan yeddi fəhləni xilas ediblər. Qeyd olunur ki, dağıntılar digər zərərçəkənlərin xilas edilməsinə çətinlik yaradır.

12.30

Tailandın paytaxtı Banqkokda tikilməkdə olan 30 mərtəbəli bina uçub, nəticədə bir nəfər həlak olub və daha 43 nəfər itkin düşüb.

“Report”un məlumatına görə, bu barədə “Xinhua” agentliyi xəbər verib.

12.04

Banqkokda uçmuş binanın dağıntıları altında ən azı 43 fəhlə qalıb.

“Report”un məlumatına görə, bu barədə TASS xəbər verib.

Bundan başqa, şəhərdə çoxmərtəbəli binaların sakinlərinin təxliyəsi elan edilib. 

AFP-nin məlumatına görə, Tailand hakimiyyəti güclü zəlzələdən sonra Banqkokda fövqəladə vəziyyət rejimi elan edib.

Bildirilib ki, yeraltı və yerüstü metro fəaliyyətini dayandırıb.

11.48

Banqkokda zəlzələ nəticəsində tikilməkdə olan bina uçub.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, əraziyə yaxın digər çoxmərtəbəli binaların sakinlərinin təxliyəsinə başlanılıb. Qeyd olunub ki, təkanlar yerli vaxtla saat 13:20-də başlayıb və təxminən 10 dəqiqə davam edib.

"Khaosod” qəzeti isə bildirib ki, Myanmada Rixter şkalası ilə 7,4 bal gücündə zəlzələ baş verib. Onun episentri Tailandın Ratçaburi əyalətinin yaxınlığında yerləşib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, Myanmada baş verən zəlzələnin maqnitudası 7,7 təşkil edib.

Ümumilikdə hadisə nəticəsində xəsarət alan və ya ölənlərlə bağlı hələlik məlumat yoxdur. 

Son xəbərlər

Orphus sistemi