Myanmada zəlzələ nəticəsində baş verən uçqunlarda ölənlərin sayı 20 nəfərə çatıb - YENİLƏNİB-3

Myanmada zəlzələ nəticəsində baş verən uçqunlarda ölənlərin sayı 20 nəfərə çatıb - YENİLƏNİB-3 Bu gün Myanmada baş verən güclü zəlzələdən sonra Mandalayda məscidin uçması nəticəsində ən azı 10 nəfər həlak olub.
Digər ölkələr
28 mart 2025 14:25
Myanmada zəlzələ nəticəsində baş verən uçqunlarda ölənlərin sayı 20 nəfərə çatıb - YENİLƏNİB-3

Myanmada zəlzələ nəticəsində baş verən uçqunlarda 20 nəfər həlak olub.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin ikinci ən böyük şəhəri olan Mandalay xəstəxanasından bildirilib.

Bundan başqa, Myanma hakimiyyəti çoxlu sayda ölən və yaralıların olması ilə əlaqədar təcili qan toplandığını elan edib.

13.07

Bu gün Myanmada baş verən güclü zəlzələdən sonra Mandalayda məscidin uçması nəticəsində ən azı 10 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə yerli “Khit Thit” nəşri məlumat yayıb.

Bundan başqa, Myanmada monastır binasının uçması nəticəsində beş uşaq və rahibliyə hazırlanan bir nəfər həlak olub.

11.55

Myanmada yenidən 6,4 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, Çinin Seysmologiya İdarəsinin məlumatına əsasən, yeni təkanlar maqnitudası 7,9 qiymətləndirilən ilk zəlzələdən 12 dəqiqə sonra baş verib.

Sosial şəbəkə istifadəçilərinin paylaşdıqları foto və videolara əsasən, bəzi evlər, həmçinin Saqayn və Mandalay şəhərlərini birləşdirən körpünün təxminən beş aşırımı zəlzələ nəticəsində uçub.

Axtarış-xilasetmə işləri başlayıb. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

11.38

Myanmada 7,7 maqnitudalı zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Təkanlar Banqladeş, Hindistan, Tailand, Laos və Çində də hiss edilib.

Zəlzələnin hiposentri 30 km dərinlikdə yerləşib.

Son xəbərlər

Orphus sistemi