Avstriyada on minlərlə insan etiraz aksiyası keçirib

Digər ölkələr
  • 12 dekabr, 2021
  • 01:52
Avstriyada on minlərlə insan etiraz aksiyası keçirib

Avstriyanın paytaxtı Vyanada 44 minə yaxın insan koronavirusa qarşı məcburi peyvənd əleyhinə etiraz aksiyası keçirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Vyana polisi məlumat yayıb.

Etirazçılar səhər saatlarında şəhərin mərkəzindəki Heldenplatzda toplaşıb və Rinqstrass boyunca yürüş ediblər.

Vyanada ardıcıl ikinci həftəsonu məcburi koronavirus peyvəndinə qarşı etirazlar keçirilir.

Avstriyada pandemiyanın dördüncü dalğası ilə əlaqədar noyabrın 22-dən dekabrın 12-dək bütün sakinlər üçün ümummilli karantin rejimi və evdən çıxma məhdudiyyətləri tətbiq edilib. 2022-ci ilin fevralından məcburi peyvəndlərin tətbiqi Avstriya cəmiyyətində narazılıqla qarşılanıb və kütləvi etirazlara səbəb olub.

44 - Tezliklə