Avstraliya 16 yaşdan kiçik vətəndaşlara "Twitch"i qadağan edəcək
Digər ölkələr
- 22 noyabr, 2025
- 03:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Avstraliya hökuməti 16 yaşdan kiçik vətəndaşların sosial mediaya çıxışını yasaqlayan qanunvericiliyin platformalar siyahısına "Twitch" yayım platformasını əlavə etmək qərarına gəlib.
"Report"un xəbərinə görə, bu barədə ABC yayım şirkəti məlumat yayıb.
"Qanunvericiliyimiz sadəcə olaraq Avstraliya uşaqlarına (bu cür) platformaların müdaxilə təsirindən azad olmaq imkanı vermək üçün nəzərdə tutulub", - Rabitə Nazirliyinin nümayəndəsi Anika Uells bildirib.
ABC-nin məlumatına görə, 16 yaşdan kiçik vətəndaşlar üçün qadağan ediləcək platformaların siyahısına feysbuk, instaqram, "Threads", "Snapchat", "TikTok", "X", yutub, "Reddit", "Kick" və ən son olaraq "Twitch" daxildir.
Son xəbərlər
04:49
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Digər ölkələr
04:24
Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirilə bilər
Digər ölkələr
03:57
Vens Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb
Digər ölkələr
03:22
UEFA FIFA-dan İnfantinonun yeni şirkət yaratmaq təşəbbüsü ilə bağlı izahat tələb edib
Futbol
02:45
ABŞ-də məsciddə atışma olub, ölən və yaralanan var
Digər ölkələr
02:11
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
Digər ölkələr
01:44
Foto
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət
01:27
Yaponiya Marsın peyki Fobosdan torpaq nümunələri gətirmək üçün kosmik aparat buraxıb
Digər ölkələr
00:48
FT: Fransadakı iğtişaşlar hakimiyyətin vəziyyətə nəzarət edə bilmədiyini göstərib
Digər ölkələr