Avropalı diplomatlar Dəməşqə səfər edəcəklər

Avropalı diplomatlar Dəməşqə səfər edəcəklər Avropalı diplomatlar Suriyanın yeni hakimiyyət orqanları ilə əlaqə yaratmaq üçün Dəməşqə səfər edəcəklər.
Digər ölkələr
16 Dekabr , 2024 12:28
Avropalı diplomatlar Dəməşqə səfər edəcəklər

Avropalı diplomatlar Suriyanın yeni hakimiyyət orqanları ilə əlaqə yaratmaq üçün Dəməşqə səfər edəcəklər.

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

"Suriyadakı yüksək rütbəli avropalı diplomatlara yeni hökumət və yerlərdəki insanlarla əlaqə yaratmaq üçün Dəməşqə getməyi tapşırmışam", - o bildirib.

K.Kallas vurğulayıb ki, bu gün əsas üç məsələ - Suriya, Ukrayna və Gürcüstandakı vəziyyət müzakirə olunacaq:

"Xarici İşlər Şurasında ilk dəfə iştirak edirəm. Şənbə günü İordaniyada idim və ərəb ölkələri, Türkiyə və ABŞ ilə Suriya məsələsini müzakirə etdik. Hesab edirəm ki, regional aktorlar da beynəlxalq aktorlar qədər bu ölkədə stabilliyi təmin etmək üçün önəmlidir. Ona görə də yeni rəhbərliklə danışıqların prinsiplərini razılaşdırmaq vacibdir".

O, Suriyada müsbət dəyişikliklərin müşahidə olunduğunu qeyd edib:

"Biz bu gün də Suriyanın yeni rəhbərliyi ilə hansı səviyyədə və necə qarşılıqlı əlaqədə olacağımızı müzakirə edəcəyik. Suriyada gələcəklə bağlı qeyri-müəyyənlik olsa da, müsbət dəyişikliklər baş verir, ancaq biz ölkənin doğru istiqamətdə getməsindən əmin olmalıyıq".

Son xəbərlər

Orphus sistemi