Avropa Komissiyasının vitse-prezidenti: “Rusiya artıq müharibəni uduzub”

Digər ölkələr
  • 24 dekabr, 2022
  • 20:46
Avropa Komissiyasının vitse-prezidenti: “Rusiya artıq müharibəni uduzub”

“Rusiya Ukraynadakı müharibəni artıq uduzub, lakin onun başa çatmağına hələ çox var”.

“Report” “Nieuwsblad” nəşrinə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Frans Timmermans bildirib.

“Rusiya indi beynəlxalq arenada tam təcrid vəziyyətindədir. Sanksiyalar ona ağır zərbə vurur, müharibə baha başa gəlir”, - o vurğulayıb.

44 filmi