Avropa Komissiyası (AK) Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsi fonunda Livandan olan qaçqınların sayının artacağı ilə bağlı xəbərdarlıq edib.
"Report"un məlumatına görə, bu barədə AK-nın Avropada miqrasiya ilə bağlı vəziyyətə dair hesabatında deyilir.
Bir çox suriyalının (demək olar ki, 1,5 milyon nəfər) Livanı tərk etdiyini və humanitar vəziyyətin getdikcə pisləşdiyini nəzərə alsaq, ölkədən gedənlərin sayı artacaq.
“Beyruta və Beyrutdan uçuşlar dayandırılsa da, miqrantlar Aİ-yə getmək üçün dəniz, quru və hava yollarından, məsələn, Qahirə və Dəməşq hava limanlarından və ya Suriya və Türkiyədən keçən quru yoldan hələ ki istifadə edə bilərlər.
Hesabatda bildirilib ki, sentyabrın 29-na olan vəziyyətə görə, İsraillə Livanın “Hizbullah” hərəkatı arasındakı münaqişə nəticəsində 345 min insan məcburi köçkün vəziyyətinə düşüb. Sentyabrın sonuna qədər 100 minə yaxın insan Suriyaya qaçıb.