​Avropa İttifaqının ali nümayəndəsi Ukraynaya səfər edəcək

​Avropa İttifaqının ali nümayəndəsi Ukraynaya səfər edəcək Brüsseldə Avropa Birliyi - Ukrayna Assosiasiyası üzrə Şurasının ilk iclası keçiriləcək
Digər ölkələr
11 Dekabr , 2014 20:26
​Avropa İttifaqının ali nümayəndəsi Ukraynaya səfər edəcək
Bakı. 11 dekabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini dekabrın 16-da Ukrayna prezidenti Pyotr Poroşenko ilə Kiyevdə danışıqlar aparacaq. "Report" "TASS"a istinadən xəbər verir ki, bunu Aİ ali nümayəndəsinin sözçüsü Maya Kosyançiç deyib. 

Onun sözlərinə görə, dekabrın 16-da F.Mogerini Kiyevə gedəcək və orada Ukrayna prezidenti, eləcə də hökumət, parlament və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcək.

M.Kosyançiç bildirb ki, tərəflər yalnız Ukraynadakı siyasi vəziyyətin tənzimlənməsini deyil, Ukraynada islahatların keçirilməsi ilə bağlı Aİ-nin dəstəyi məsələlərini də müzakirə edəcəklər.

O vurğulayıb ki, dekabrın 15-də F.Mogerini, Ukraynanın baş naziri Arseni Yatsenyuk, Aİ-nin qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Hanın iştirakı ilə Brüsseldə Avropa Birliyi - Ukrayna Assosiasiyası üzrə Şurasının ilk iclası keçiriləcək.

Son xəbərlər

Orphus sistemi