Argentinada sahibkar 100 pinqvinin ölümündə təqsirli bilinib

Argentinada sahibkar 100 pinqvinin ölümündə təqsirli bilinib Argentinanın Roson şəhər Məhkəməsi sahibkarı pinqvinlərin yuva qurduğu ərazidə ağır texnika ilə hərəkət edərək ekoloji zərər vurmaqda təqsirli bilib.
Digər ölkələr
8 Noyabr , 2024 05:52
Argentinada sahibkar 100 pinqvinin ölümündə təqsirli bilinib

Argentinanın Roson şəhər Məhkəməsi sahibkarı pinqvinlərin yuva qurduğu ərazidə ağır texnika ilə hərəkət edərək ekoloji zərər vurmaqda təqsirli bilib.

“Report”un məlumatına görə, bu barədə Çubut vilayətinin məhkəmə orqanlarının mətbuat xidməti açıqlama yayıb.

"Məhkəmə yekdilliklə Rikardo La-Rexinin ağırlaşdırıcı vəziyyətdə zərər vurmaqda və heyvanlara qarşı amansız rəftar etməkdə təqsirli olduğuna qərar verdi", - açıqlamada bildirilir.

Məhkəmə qərarı noyabrın 11-də elan olunacaq.

İstintaq müəyyən edib ki, La-Rexin 2021-ci ildə Punta-Tombo qoruğu zonasının yaxınlığında yerləşən öz ərazisi üçün yol və hasar inşa etmək məqsədilə pinqvinlərin yuva qurduğu ərazidən ağır texnika ilə keçib. Qəzetin məlumatına görə, sahibkarın hərəkətləri nəticəsində 100-dən çox pingvin ölüb və 300-ə yaxın yuva dağılıb. Nəşr, bu işin Latın Amerikasında ekosid üzrə ilk hökm çıxarılan məhkəmə işi olduğunu qeyd edir.

Son xəbərlər

Orphus sistemi