Almaniyada məcburi hərbi xidmətin bərpası gündəmə gətirilib
Digər ölkələr
- 01 oktyabr, 2025
- 05:42
Almaniyanın xarici işlər naziri Yohan Vadeful ölkədə məcburi hərbi çağırışın dərhal bərpa olunmasının tərəfdarıdır.
"Report"un məlumatına görə, o, bu barədə "Funke" media qrupuna müsahibəsində bildirib.
O qeyd edib ki, bu barədə artıq dəfələrlə danışıb: "Lakin biz bu məsələni koalisiya daxilində müzakirə etməyə məcburuq. Hökumət təkliflər irəli sürüb və indi fraksiyalar danışıqlar aparıb qanunun forması ilə bağlı qərar verməlidir. Təbii ki, bütün hallar nəzərə alınmalıdır".
Bundestaqın gələn həftə Almaniyada yeni hərbi xidmət modeli haqqında qanun layihəsinin ilk müzakirəsinə başlayacağı gözlənilir. Almaniya Müdafiə Nazirliyi Bundesverin sayını 260.000 aktiv şəxsi heyətə, ehtiyat qüvvələrini isə 200.000-ə çatdırmağı hədəfləyir.
Son xəbərlər
10:38
Azərbaycanda İİV-ə yoluxma sayı azalıb - RƏSMİ
Daxili siyasət10:38
Azərbaycan İsveçrədən qızılın tədarükünü 5 dəfəyə yaxın artırıb
Biznes10:37
Bu ilin yanvar ayında narkotiklərlə bağlı 793 cinayət faktı aşkarlanıb
Hadisə10:36
"Neftçi" 5 il sonra ilkə imza atıb
Futbol10:35
Zığ dairəsi-Hava Limanı yolunda dumanlı havaya görə sürət həddi endirilib
Daxili siyasət10:30
Azərbaycan millisinin futbolçusu Premyer Liqada 40-cı qoluna imza atıb
Futbol10:26
DYP dumanlı havaya görə hərəkət iştirakçılarına müraciət edib
Daxili siyasət10:18
Qırğızıstan Prezidenti üç naziri vəzifəsindən azad edib
Region10:17