Almaniya polisi Berlində 600-ə yaxın etirazçını saxlayıb

Almaniya polisi Berlində 600-ə yaxın etirazçını saxlayıb Almaniyanın paytaxtı Berlində 5 minə yaxın adam icazəsiz aksiyalara qatılıb.
Digər ölkələr
2 Avqust , 2021 00:08
Almaniya polisi Berlində 600-ə yaxın etirazçını saxlayıb

Almaniyanın paytaxtı Berlində 5 minə yaxın adam icazəsiz aksiyalara qatılıb.

“Report” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Qeyd edilir ki, onlardan 600-ü polis tərəfindən saxlanılıb.

Məlumata görə, “Covid-dissidentlər”in Berlin şəhərinin müxtəlif yerlərində ümumilikdə 13 nümayişi təşkil edilib. Onların qarşısını almaq üçün 2,2 min nəfər polis əməkdaşı səfərbər olunub.

Bəzi bölgələrdə, xüsusən şəhərin qərbində bir qrup etirazçının polis kordonunu yarmaq cəhdi toqquşmalara səbəb olub. Ümumiyyətlə, polis vəziyyəti nəzarət altında saxlamağı bacarıb. Su şırnaqları asayiş keşikçilərinin sərəncamında olsa da, onlardan istifadə etməyə ehtiyac olmayıb.

"İnsanların qadağan olunmuş aksiyalar üçün toplaşmasına icazə verməyəcəyik", - deyə Berlin polisindən bildirilib.

Son xəbərlər

Orphus sistemi