Ağ Evin mətbuat katibi koronavirusa yoluxub

Digər ölkələr
  • 22 mart, 2022
  • 18:02
Ağ Evin mətbuat katibi koronavirusa yoluxub

Ağ Evin mətbuat katibi Cen Psakinin koronavirus testi müsbət çıxıb və karantinə alınacaq.

“Report” xəbər verir ki, bu barədə onun adından dərc olunmuş bəyanatında deyilir.

“Bu səhər Avropaya səfərə hazırlaşarkən PCR testi verdim. Müsbət nəticə göstərdi. Bu o deməkdir ki, mən Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin tövsiyələrinə əməl edəcəyəm və prezident ABŞ Cozef Baydenlə birlikdə Avropaya getməyəcəm”, Psaki bildirib.

O, Amerika liderinin testinin mənfi nəticə verdiyini açıqlayıb. Psaki qeyd edib ki, ən azı bir neçə gün karantində qalmaq niyyətindədir.