ABŞ Yunanıstandakı hərbi mövcudluğunu genişləndirmək istəyir
Digər ölkələr
- 12 oktyabr, 2022
- 04:32
ABŞ müdafiə nazirinin müavini Saşa Beyker Yunanıstan milli müdafiə nazirinin müavini Nikolaos Hardalias ilə ABŞ-ın Yunanıstandakı hərbi mövcudluğunun genişləndirilməsi perspektivlərini müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Pentagonun məlumatına deyilir.
Qeyd olunub ki, tərəflər NATO alyansına dəstəyi gücləndirmək üçün Souda körfəzində, Yunanıstanın digər ərazilərində, xüsusilə Şərqi Aralıq dənizi, Balkanlar, Qara dəniz və təşkilatın cənub cinahında ABŞ-ın hərbi mövcudluğunun genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Beyker Yunanıstana Ukraynanı dəstəklədiyinə görə təşəkkür edib və regionda gərginliyin azaldılması üçün Yunanıstan-Türkiyə dialoqunun davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.
Son xəbərlər
23:15
Əraqçi ABŞ ilə nüvə danışıqları üçün Omana yola düşüb
Digər ölkələr23:07
Gürcüstanda güclü qar səbəbindən Paravni aşırımı bağlanıb
Region22:49
Tramp: ABŞ Dieqo-Qarsiya adasındakı bazasını hərbi yolla qorumağa hazırdır
Digər ölkələr22:41
ABŞ Trampın ünvanına səsləndirilən təhqirlərə görə Polşa Seyminin sədri ilə əlaqələri kəsib
Digər ölkələr22:34
Çin İranın nüvə hüquqlarını müdafiə edir
Digər ölkələr22:29
"Barselona" Levandovskiyə maaşını azaltmaq şərti ilə yeni müqavilə təklif etməyi düşünür
Futbol22:16
Uitkoff: ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri döyüşlərin dayandırılmasını müzakirə ediblər
Digər ölkələr22:08
Azərbaycan Basketbol Liqasının XVI turunda "Quba" "Sərhədçi"ni məğlub edib
Komanda21:51