ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin ukraynalı həmkarı Oleksiy Reznikovla görüşüb.
“Report” xəbər verir ki, bu barədə Pentaqon rəhbəri tviter səhifəsində yazıb.
O bildirib ki, görüş Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasından əvvəl baş tutub.
Nazirlər Ukraynadakı durumu, həmçinin Rusiyaya qarşı birgə mübarizəni müzakirə ediblər.
Qeyd edək ki, hazırda Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası keçirilir.
I got a chance to meet with my friend @oleksiireznikov before the Ukraine Defense Contact Group meeting. The United States, along with our Allies & partners, will continue to do everything in our power to help Ukraine deter Russia’s unjust & unprovoked invasion of their homeland. pic.twitter.com/foNpK99o0r
— Secretary of Defense Lloyd J. Austin III (@SecDef) September 8, 2022