ABŞ terror aktının qarşısını almaq üçün Avstriyaya kəşfiyyat məlumatı verib

ABŞ terror aktının qarşısını almaq üçün Avstriyaya kəşfiyyat məlumatı verib ABŞ administrasiyası amerikalı müğənni Teylor Sviftin Avstriyada verəcəyi konsertdə planlaşdırılan terror aktı təhlükəsinin qarşısını almaq üçün Vyanaya kəşfiyyat məlumatları təqdim edib.
Digər ölkələr
10 Avqust , 2024 02:42
ABŞ terror aktının qarşısını almaq üçün Avstriyaya kəşfiyyat məlumatı verib

ABŞ administrasiyası amerikalı müğənni Teylor Sviftin Avstriyada verəcəyi konsertdə planlaşdırılan terror aktı təhlükəsinin qarşısını almaq üçün Vyanaya kəşfiyyat məlumatları təqdim edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

"Biz təhdidləri izləmək və qarşısını almaq üçün tərəfdaşlarla sıx əməkdaşlıq edirik. Bu işin bir hissəsi kimi, Birləşmiş Ştatlar Avstriya ilə kəşfiyyat məlumatlarını paylaşıb”, - Ağ Ev sözçüsü deyib.

Avstriyanın daxili işlər naziri Gerhard Karnerin sözlərinə görə, Sviftin konsertinin terror aktı təhlükəsi ilə əlaqədar ləğv olunması faciənin qarşısını almağa kömək edib.

Kəşfiyyat məlumatlarına görə, saxlanılan 19 yaşlı şəxs konsert yerinin yaxınlığında partlayıcılardan istifadə etməklə terror aktı törətməyi planlaşdırıb. Terror aktı avqustun 8-i və ya 9-da baş tuta bilərdi. Svift isə 8-10 avqust tarixlərində Vyanada çıxış etməyi planlaşdırırdı. Qeyd edilir ki, üç konsert üçün artıq 190 min bilet satılıb.

Son xəbərlər

Orphus sistemi